...

ВР "Şahdəniz" yatağındakı hasilat quyularından birində işləri bərpa edib

Energetika Materials 7 Sentyabr 2010 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi layihəsinin texniki operatoru olan BP şirkəti bir qədər əvvəl dəniz platformasındakı profilaktik işlərə görə dayandırılan quyunun istismarına başlayıb. Bu barədə çərşənbə axşamı neft-qaz bazarındakı mənbə məlumat verib.

"Quyuda işlər artıq bərpa edilib və hazırda yataqda hasilat dörd quyunun hər birində həyata keçirilir", - mənbə bildirib.

Mənbənin sözlərinə görə, ВР yataqdakı altıncı hasilat quyusunun qazılması çərçivəsində də işləri davam etdirir. Layihə dərinliyi yeddi min metr olan quyunun hazırda dərinliyi 5960 metrdir. Hələlik qazma dayandırılıb və onun davam etdirilməsi üçün zəruri texniki işlər görülür. Qazmanın bu ilin sonunda başa çatdırılması planlaşdırılır.

"Şahdəniz"dəki platformadan sutkalıq qaz hasilatı 20 milyon kubmetrə yaxındır.

Yataqda beşinci quyu da mövcuddur ki, onun bir hissəsi ləğv edilib, bir hissəsi isə texniki vəziyyətinin pis olması səbəbindən dondurulub. Bu quyuda yan gövdənin kəsiyinin aparılması planlaşdırılır.

ВР "SDA-06" quyusunda qazma işləri başa çatdıqdan sonra bir qədər əvvəl dondurulmuş quyunun yan gövdəsinin qazılmasına başlayacaq.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Hazırda qaz "Cənub Qafqaz" qaz kəməri ilə Gürcüstana və Türkiyəyə nəql olunur.

Bu il yataqda 7,84 milyard kubmetr qaz hasilatı nəzərdə tutulub. Yataqda hasilatın ən yüksək həddi 8,6 - 9 milyard kubmetr həcmində nəzərdə tutulur. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatının həcmini ildə 25 milyard dollara qədər artırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti