Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
2010-cu ilin yanvar-avqust ayları ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 94 429 metr qazma işləri həyata keçirib. 2009-cu ilin analoji dövründə isə 118 420 metr qazma işləri görülmüşdü. Bu barədə ARDNŞ-nin məlumatda deyilir.
Məlumatda deyildiyi kimi, ARDNŞ-nin yanvar-avqustda həyata keçirdiyi qazma işlərinin 88 670 metri istismar, 5759 metri isə kəşfiyyat qazmasının payına düşüb (o cümlədən 1044 metr struktur-axtarış qazmasına).
ARDNŞ-nin avqustda 11 169 metri qazma işləri görüb. Bu göstərici ötən ilin iyul ayında 15 214 metr təşkil edib.
ARDNŞ 2009-cu ildə 168,2 min metr qazma işləri həyata keçirib, 2008-ci ildə bu göstərici 203 min metr, 2007-ci ildə isə 190 376 metr olub.