...

RF və Türkmənistanın qaz tərəfdaşlığının bərpası haqqında hələ söhbət getmir – ekspertlər

Energetika Materials 25 Oktyabr 2010 14:22 (UTC +04:00)
Rusiya və Türkmənistanın münasibətlərində "strateji" qaz tərəfdaşlığının tammiqyaslı bərpası haqqında hələ danışmaq olmaz. RF Prezidenti Dmitri Medvedevin Türkmənbaşı şəhərinə işgüzar səfərini (21-22 oktyabr) şərh edən ekspertlər bu qənaətdədirlər.
RF və Türkmənistanın qaz tərəfdaşlığının bərpası haqqında hələ söhbət getmir – ekspertlər

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir H.Həsənov/

Rusiya və Türkmənistanın münasibətlərində "strateji" qaz tərəfdaşlığının tammiqyaslı bərpası haqqında hələ danışmaq olmaz. RF Prezidenti Dmitri Medvedevin Türkmənbaşı şəhərinə işgüzar səfərini (21-22 oktyabr) şərh edən ekspertlər bu qənaətdədirlər.

Görüşlərdən bir gün əvvəl Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib ki, dünya maliyyə-iqtisadi böhranı Rusiya ilə bu sahədə "birgə layihələrin reallaşdırılması templərini zəiflədib". Yüksək səviyyədə növbəti görüş, məlum olduğu kimi, türkmən tərəfinin təşəbbüsü ilə keçirilib.

"Hər şeydən görünür ki, son danışıqlarda Aşqabadın Rusiyaya qaz tədarükü həcmlərini artırmaq barədə təklifinə Moskva Avropa bazarında tələbin azalmasına, bu mərhələdə müstəqil şəkildə təmin edə biləcəyi sorğulara istinad edərək ehtiyatla yanaşdı", - adının açıqlanmasını istəməyən iqtisadçı bu barədə Trend-ə telefonla bildirib.

Eyni zamanda, o bildirib ki, "Qazprom" ASC buna qədər Xəzər regionunun digər dövlətlərindən perspektivi nəzərə almaqla fəal şəkildə qaz həcmləri ilə bağlı müqavilələr imzalayıb və eyni zamanda, Türkmənistandan qaz idxalını ciddi şəkildə azaldıb. 2008-ci ildə bu ölkədən qaz idxalı ildə 40 milyard kubmetrə yaxın, 2010-cu ildə isə cəmi 10 milyard kubmetr təşkil edib. İlkin məlumatlara görə, bu həcm gələn il də saxlanacaq.

Digər razılaşma da staqnasiyalar barədə danışır. RF Baş nazirinin müavini İqor Seçinin "Kommersant" qəzetindəki bəyanatına görə, tərəflər başlıcası Xəzəryanı qaz kəməri layihəsini (Xəzər sahillərinin kənarı ilə Qazaxıstandan keçməklə Rusiyaya) dondurmaq barədə razılığa gəliblər. Lakin məlum olduğu kimi, onunla bağlı Moskvada 2007-ci ildə sazişin imzalandığı andan (üçüncü tərəfin - tranzit Qazaxıstanın iştirakı ilə) bu layihə onsuz da de-fakto "dondurulmuş vəzyyətdə" idi. Bunun əsas səbəbi Moskva tərəfdən ona marağın itməsi idi.

"Həmin vaxtdan "böyük perspektivlər" haqqında danışan Aşqabadın çağırışlarına baxmayaraq, layihə qətiyyən irəliləməyib. Xəzəryanı layihə dünya bazarlarında yaxın illərdə gözlənilən tələbin artmasına hazır olmaq üçün ortamüddətli məqsədlərə yönəlib", - ekspert bildirib.

Eyni zamanda, Qərbin diqqətini Moskvanın gözlənilmədən TƏPH (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsinin perspektivliyinə inanması çəkir. Halbuki ekspertlər onun həyata keçirilməsinə hələ doxsanıncı illərdən şübhə edirdilər. Və bu, Əfqanıstandan tranzitlə bağlı narahat vəziyyət, həm də Dehli ilə İslamabad arasında fikir ayrılıqları fonunda özünü müntəzəm olaraq dövri şəkildə büruzə verir.

"Bu, daha çox Rusiyanın regionda, o cümlədən, Əfqanıstanda geosiyasi baxımdan iştirak etmək istəyindən xəbər verir. Çətin ki, bunun ardınca real addımlar atılsın", - türkmən layihələri ilə məşğul olan və Türkmənbaşı şəhərindəki danışıqlarda bu yaxınlaradək İrandan Hindistana qaz nəqli layihəsi üzrə rəqabət aparan layihələrə həvəs göstərən "Qazprom" ASC-nin nümayəndələrinin olmadığını qeyd edən qərbli müşahidəçi bildirib.

Hər şeydən göründüyü kimi, RF və Türkmənistan arasında ikitərəfli münasibətlərdə nisbətən daha nəzərəçarpacaq addım "Rosneft" şirkətinin Xəzərin Türkmənistan hissəsindəki yataqların işlənməsinə qoşulması niyyətini hesab etmək olar. Bu yataqlar kifayət qədər yatırımlar tələb edir və burada artıq "İtera" şirkəti Rusiyanın "Zarubejneft" şirkəti ilə birgə çalışır.

Bütün yerdə qalan planlar isə əsasən, tender xarakterlidir. Həmçinin, Rusiyanın dövlət enerji holdinqi "İnter RAO" Türkmənistanda qaz elektrik stansiyalarının tikintisi ilə maraqlanır. Onların tikintisinə türkmən xəzinəsinin vəsait ödəyəcəyini gözləmək olar.

Buna qədər də belə maraq olub. "Stroytransqaz" Çinə qaz kəmərinin türkmən hissəsini tikib, bu yaxınlarda "İTERA" Türkmənistan ərazisində "Mərkəzi Qaraqum-Yılanlı stansiyası" qaz kəmərini işə salıb ki, bu da türkmən qazının Rusiyaya daxil olduğu "Orta Asiya-Mərkəz" magistralının xammalla doldurulmasına imkan verir. Müqaviləyə görə, sərf olunan vəsaiti "Türkmənqaz" Dövlət Konserni ödəməlidir.

Xəbər lenti

Xəbər lenti