...

ITGI "Şahdəniz" yatağından qaz tədarükü üzrə müqaviləni gözləyir

Energetika Materials 12 Yanvar 2011 14:17 (UTC +04:00)
Azərbaycanın "Şahdəniz" yatağından qaz tədarükü üzrə sazişin imzalanması bu il ITGI (Türkiyə-Yunanıstan-İtaliya) layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsinə kömək edə bilər. Bu barədə "ICIS Heren" İtaliyanın "Edison" şirkətinin beynəlxalq qaz infrastrukturu üzrə rəhbəri Elio Ruceriyə (Elio Ruggeri) istinadən yazır.
ITGI "Şahdəniz" yatağından qaz tədarükü üzrə müqaviləni gözləyir

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir A.Bədəlova/

Azərbaycanın "Şahdəniz" yatağından qaz tədarükü üzrə sazişin imzalanması bu il ITGI (Türkiyə-Yunanıstan-İtaliya) layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsinə kömək edə bilər. Bu barədə "ICIS Heren" İtaliyanın "Edison" şirkətinin beynəlxalq qaz infrastrukturu üzrə rəhbəri Elio Ruceriyə (Elio Ruggeri) istinadən yazır.

"Yekun investisiya qərarının qəbul edilməsi qaz tədarükü üzrə müqavilələrdən asılıdır. Biz "Şahdəniz"dən ixracı nizamlayan kimi yekun investisiya qərarı çıxara bilərik", - "IGI Poseidon"un baş icraçı direktoru olan Ruceri bildirib.

ITGI qaz kəməri Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə qaz tədarükünü nəzərdə tutan "Cənub dəhlizi" çərçivəsindəki layihələrdən biridir. "Cənub dəhlizi" layihəsi üçün əsas tədarük mənbəyi Azərbaycan, eləcə də "Şahdəniz" layihəsinin tammiqyaslı işlənməsi layihəsi çərçivəsində hasil olunan qaz hesab edilir.

Azərbaycanın "Şahdəniz" iri qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar 2011-ci ilin ortalarında layihənin ikinci mərhələsini işlənməsi üzrə qaz satışı üzrə müqavilələr imzalamağı planlaşdırırlar.

"Əlbəttə, biz "Şahdəniz"dən həcmlər almaqda öz şanslarımıza əminik. Hesab edirik ki, ITGI "Cənub dəhlizi" çərçivəsində nisbətən daha inkişaf etmiş və rəqabətqabiliyyətli layihədir", - Ruceri bildirib.

Onun sözlərinə görə, "Edison" şirkəti "Şahdəniz" yatağından ildə İtaliyaya 6,4 milyard kubmetr qaz tədarüklü üzrə danışıqlar aparır, İtaliya şirkətinin tərəfdaşı olan Yunanıstanın "Depa" şirkəti isə 1,6 milyard kubmetr qaz almağa ümid edir.

ITGI nəqliyyat dəhlizi Türkiyənin yenilənmiş boru kəmərləri infrastrukturunu, eləcə də ITG (Türkiyə-Yunanıstan birləşdirici kəmərini) özündə birləşdirir, "IGI Poseidon S.A" İtaliyanın "Edison" və Yunanıstanın "Depa" şirkətləri tərəfindən "Poseidon" adı ilə tanınan Yunanıstan-İtaliya boru kəmərinin hazırlanması və tikintisi üçün yaradılıb.

Rucerinin dediyi kimi, martda qaz kəmərini tikintisi üçün zəruri olan 200 milyon avroluq material və avadanlıqların alınacağı gözlənilir.

ITGI layihəsi əməliyyat mərhələsinə 2015-ci ildə çıxa bilər, onun tikintisinə isə 2012-ci ildə başlanacaq.

"Buna baxmayaraq, layihənin səhmdarları qaz kəmərinin işə salınması müddətini "Şahdəniz" yatağından 2016-cı ilin sonları və 2017-ci ilin əvvəllərində gözlənilən qaz tədarükünə başlanacağı müddətlə uyğunlaşdırmaq fikrindədirlər", - Ruceri bildirib.

Xəbər lenti

Xəbər lenti