...

"Caspian Geophysical" "Şəfəq-Asiman" perspektivli blokunda 3D seysmik tədqiqatlar aparacaq

Energetika Materials 14 May 2011 11:47 (UTC +04:00)
"Caspian Geophysical" birgə müəssisəsi ilin sonunadək "Şəfəq-Asiman" perspektivli blokunda üçölçülü seysmik tədqiqatları başa çatdırmağı planlaşdırır.
"Caspian Geophysical" "Şəfəq-Asiman" perspektivli blokunda 3D seysmik tədqiqatlar aparacaq

Azərbaycan, Bakı, 14 may /Trend/

"Caspian Geophysical" birgə müəssisəsi ilin sonunadək "Şəfəq-Asiman" perspektivli blokunda üçölçülü seysmik tədqiqatları başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü yaydığı məlumatda deyilir. Bu blokun kəşfiyyatı, işlənməsi və pay bölgüsü üzrə müqavilə mayın 6-da Milli Məclis tərəfindən ratifikasiya olunub.

Hazırda strukturda seysmik tədqiqatlar aparmaq üçün Azərbaycana "Gilavar" gəmisinin gəlməsi gözlənilir. Bu gəmi vasitəsilə "Şəfəq-Asiman"da seysmik tədqiqatların aparılmasından sonra "Babək" perspektivli strukturu və "Ümid" yatağında üçölçülü seysmik tədqiqatların həyata keçirilməsi planlaşdırılır.

Mayda "BP-Azerbaijan" və "Caspian Geophysical" şirkətləri arasında 3D seysmik tədqiqatlarının aparılması üzrə müqavilə imzalanıb.

2005-ci ildən "Gilavar" gəmisi BP, "Shell", "Maersk", "Petrobras" kimi iri enerji şirkətləri üçün Xəzərin hüdudlarından kənarda işlər görüb.

"Şəfəq-Asiman" bloku üzrə müqavilə 30 il müddətinə imzalanıb. Kəşfiyyat dövrü 4 ildir. Onun sonralar daha 3 il uzadılması mümkündür. Birinci mərhələdə 2 quyunun qazılması planlaşdırılır. İkinci mərhələdə, zərurət olarsa, daha 2 quyu qazılacaq. İstismar dövrünə keçərkən tərəflər layihə çərçivəsində birgə operatorluq edəcəklər. Sazişdə iştirak payının bölüşdürülməsi 50-nin 50-yə nisbətindədir. Dəniz blokunun ehtiyatları 300-500 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

Dəniz blokunun ehtiyatları 300-500 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

"Şəfəq" və "Asiman" strukturları Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. 2009-cu ilin iyulunda ARDNŞ və BP Londonda Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq" və "Asiman" perspektiv strukturlarının birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

BP Azərbaycanda əsas xarici neft sərmayədarıdır. Şirkət "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə layihələrə də başçılıq edir. ВР həmçinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin də operatorudur.

Xəbər lenti

Xəbər lenti