...

BP "Şahdəniz" yatağındakı quyunu tədqiq edir

Energetika Materials 23 İyun 2011 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz"də SDA-06 hasilat quyusunun sınaq istismarına verilməsi bu quyuda çətinliklərin olduğunu göstərib. Bu barədə cümə axşamı nef-qaz bazarındakı mənbə deyib. "Şahdəniz" yatağının texniki işlənməsinin operatoru kimi Britaniyanın BP şirkəti çıxış edir.

"Qazma işləri və quyunun doldurulması üzrə işlər başa çatdıqdan sonra o istismara verilib, lakin bu halda kiçik problemlər meydana çıxıb və buna görə quyunun işi müvəqqəti olaraq dayandırılmışdı", - mənbə bildirib.

Onun sözlərinə görə, hazırda yaranan probelmlərin tədqiqi və təhlili aparılır. Mənbənin fikrincə, quyuda yaranan problemin əsas səbəbi yüksək təzyiq ola bilər.

Xəbər lenti

Xəbər lenti