...

ARDNŞ yeraltı qaz anbarlarında qazın həcmini artırır

Energetika Materials 2 Sentyabr 2011 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir E.İsmayılov/

Sentyabrın 2-nə olan göstəricilərə görə, Azərbaycanın yeraltı qaz anbarlarına vurulmuş qazın həcmi təxminən 1,57 milyard kubmetr təşkil edir. Bu barədə Trend-ə cümə günü ARDNŞ-dəki mənbə bildirib.

Onun sözlərinə görə, bu il ümumi həcmdən 848 milyon kubmetr Qaradağ, təxminən 719 milyon kubmetr qaz isə Qalmaz yeraltı anbarına vurulub.

Hazırda yeraltı anbarlarda olan qazın həcmi 2,7 milyard kubmetrdən çoxdur, o cümlədən 1,13 milyard kubmetr qaz ötən ildən qalıqdır.

Qazın ümumi həcmindən təxminən 1,46 milyard kubmetr Qaradağ, qalan 1,25 milyard kubmetrdən çox isə Qalmaz yeraltı anbarının payına düşür.

Mənbə deyib ki, bu il anbarlara vurulacaq həcmin 3,5 milyard kubmetrə çatdırılması planlaşdırılır.

"Adətən, qazın vurulması dekabr ayına kimi davam edir. Builki planlaşdırılmış göstərici 3,5 milyard kubmetr həcmindədir", - o bildirib.

Yeraltı qaz anbarlarına qazın vurulmasına bu ilin may ayında başlanıb.

Ötən mövsümdə vurulmuş 1,93 milyard kubmetr qazdan 1,92 milyard kubmetrə yaxını istifadə olunub.

2010-2011-ci illər mövsümünün sonunda Azərbaycanın yeraltı anbarlarına vurulmuş qazın həcmi 3,05 milyard kubmetr olub.

Xəbər lenti

Xəbər lenti