Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsində əməyin mühafizəsinin təşkili və mümkün fövqəladə halların qarşısının alınması zamanı təcrübi biliklərin artırılması məqsədilə "təxliyyə" məşqi keçirilib.
Trend-in cümə axşamı Trend-ə istinadən yaydığı məlumata görə, NQÇİ-nin Qaz kompressor sexində keçirilmiş məşq zamanı "baş vermiş" şərti fövqəladə hadisə haqqında məlumatın rəhbərliyə ötürülməsi, yanğının qarşısının alınması prosesinin qurulması, bu zaman NQÇİ-nin mülki müdafiə qüvvələrinin fəaliyyəti praktiki olaraq yoxlanılıb, "hadisə" ilə əlaqədar işçilərin "təxliyyəsi" həyata keçirilib.
"Abşeronneft" NQÇİ və Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsi rəhbərliyinin iştirakı ilə məşqin gedişi müzakirə edilib, fövqəladə halların qarşısının operativ olaraq alınmasında bu cür tədbirlərin böyük əhəmiyyətə malik olduğu vurğulanıb, analoji məşqlərin mütəmadi olaraq "Azneft" İB-nin digər sahələrində də keçirilməsi tövsiyə olunub.