Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir E.Tariverdiyeva/
Azərbaycan qazının Avropaya nəqli üçün bütün - həm texniki, həm də maliyyə imkanları var. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov "The Wall Street Journal"a müsahibəsində deyib.
Məmmədyarovun sözlərinə görə, Azərbaycan qazının Avropaya çatdırılması üçün təkliflərdən biri Türkiyə ərazisindən Aİ sərhədlərinədək boru kəmərinin tikilməsidir.
Nazir bildirib ki, daha sonra boru kəməri biri Yunanıstan, digəri isə Bolqarıstan istiqamətinə çəkiləcək iki qola ayrılacaq, orada onlar daha çox qollara şaxələnəcəklər.
Məmmədyarov deyib ki, qaz Avropanın iri qazpaylayıcı qovşaqlarından biri olan Avstriyaya çatanadək Mərkəzi Avropa və Balkan ölkələrinin ərazilərindən keçəcək.
"Texniki baxımdan bu, mümkündür və maliyyə nöqteyi-nəzərindən də böyük xərc tələb etməyən yaxşı ideyalardan biridir", - nazir qeyd edib.
Üç layihə - Nabucco, ITGI (Türkiyə-Yunanıstan-İtaliya-İnterkonnektor- İTGİ) və Transadriatik qaz kəməri (TAP) bir çox illər ərzində Xəzər regionundan qaz nəqlinin mümkünlüyü uğrunda rəqabət aparıblar. Sentyabrda, tranzit şərtləri üzrə təklifin təqdim olunmasının vaib olduğu vaxta (1 oktyabr) bir neçə həftə qalmış ВР daha bir layihə təklif etdi. Həmin layihə Cənub-Şərq Avropa boru kəməridir və o qazı Aİ-yə Türkiyə sərhəddindən Mərkəzi və Şərqi Avropa və ola bilsin ki, Balkan bazarlarını təmin edərək Avstriyaya qədər nəql edir.
Boru kəməri potensil olaraq daha bahalı, dəyəri səkkiz milyard avro təşkil edən "Nabukko" layihəsinin malik olduğu qaz ixracı yoluna malikdir. Lakin innovativ ideya boru kəmərinin buraxılış qabiliyyətinin aşağı düşməsindən ibarətdir.