...

Azərbaycan elektrik enerjisi sahəsində normativ bazanı təkmilləşdirir

Energetika Materials 23 Yanvar 2012 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.İsmayılov/

Elektrik enerjisi sahəsində sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində 2011-ci ildə dövlət orqanları tərəfindən bir sıra sənədlər təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.

Məlumatda xüsusən qeyd edilir ki, ölkənin Səhiyyə Nazirliyi tərəfindən "İstehsalatda elektromaqnit sahələrinə olan tələblər" (Sanitariya qaydaları və normativləri), "Yaşayış evlərində, ictimai binalarda və tikinti aparılan ərazilərdə 50 Hs tezlikli maqnit sahələrinə olan gigiyena tələbləri" təsdiqlənib.

Ötən il, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Energetika sahəsinin əsas terminlərinin izahlı lüğəti" (Terminoloji lüğət), AZS 591-2011; "Elektrik stansiyaları və istilik şəbəkələri istilik-mexaniki avadanlıqlarının istismarında təhlükəsizlik texnikası qaydaları", AZS 507-2011; "Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması zamanı uçotuna dair nümunəvi təlimat" AZS 588-2011-i təsdiq edib.

Hazırda ASC-nin balansında 500, 330, 220 və 110 kilovatlıq 200-dən çox yarımstansiya, eləcə də 6 su elektrik və 13 istilik elektrik stansiyası var. Hazırda Azərbaycanın enerji gücü 6,5 min meqavatı ötür.

Xəbər lenti

Xəbər lenti