...

İran Türkiyəyə qaz ixracını artırmağa hazırdır

Energetika Materials 10 Fevral 2012 17:22 (UTC +04:00)
İran Türkiyəyə qaz ixracını artırmağa hazırdır. Bunu İranın Milli Qaz Şirkətinin mətbuat katibi Məcid Bujarzadə bildirib.
İran Türkiyəyə qaz ixracını artırmağa hazırdır

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

İran Türkiyəyə qaz ixracını artırmağa hazırdır. Bunu İranın Milli Qaz Şirkətinin mətbuat katibi Məcid Bujarzadə bildirib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Mehr" agentliyi xəbər verir.

Hazırda İran hər gün Türkiyəyə 30 milyon kubmetrə yaxın təbii qaz ixrac edir. Ölkə təbii qaz ehtiyatına görə Rusiyadan sonra ikinci yeri tutur. Onun qaz ehtiyatları 33 trilyon kubmetrdən artıq qiymətləndirilir.

İslam Respublikası Türliyəyə, Ermənistana və Pakistana qaz ixracı ilə yanaşı, hazırda İraqa qaz ixracı ilə bağlı danışıqlar aparır.

Bujarzadənin sözlərinə görə, Türkiyənin BOTAŞ şirkəti İranın Milli Qaz Şirkətinə tədarük məsələləri ilə bağlı müraciət edib və bu gün İranın rəsmi şəxsləri bu məsələ üzərində çalışırlar. O qeyd edib ki, İran Türkiyəyə böyük həcmdə qaz ixrac etməyə hazırdır.

Tehran və Ankara 1996-cı ilin avqustunda 25 illik qaz müqaviləsi imzalayıb. Həmin müqaviləyə əsasən, İran Türkiyəyə ildə 10 milyard kubmetr qaz ixrac edəcək.

Xəbər lenti

Xəbər lenti