Azərbaycan, Bakı, 10 aprel /Trend/
Astara rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, 11 aprel 2012-ci il tarixdə "Ərçivan" və "Şahağac" Qazpaylayıcı stansiyalarında qaz təchizatı dayandırılacaq.
Təmir işləri zamanı Astara rayonunun Maşxan, Təngərüd, Siyakü, Həsin, Binəbəy, Niləşə, Vaqo, Lələkəpeştə, Kakalos, Pensər, Kolatan və Şiyəkəran kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.