...

ARDNŞ quru yataqda səmt qazlarının ölçmə işlərini həyata keçirib

Energetika Materials 5 Sentyabr 2012 19:03 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin əməkdaşları tərəfindən "Azneft" İB-nin "Siyəzənneft" NQÇİ-nin istismarında olan quyularda boru arxası fəzadan atmosferə atılan alçaq təzyiqli səmt qazlarının ölçülməsi işləri yerinə yetirilib.
ARDNŞ quru yataqda səmt qazlarının ölçmə işlərini həyata keçirib

Azərbaycan, Bakı, 5 sentyabr/Trend, müxbir E. İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin əməkdaşları tərəfindən "Azneft" İB-nin "Siyəzənneft" NQÇİ-nin istismarında olan quyularda boru arxası fəzadan atmosferə atılan alçaq təzyiqli səmt qazlarının ölçülməsi işləri yerinə yetirilib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İdarənin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, "Siyəzənneft" NQÇİ-nin mədən ərazilərində işlək vəziyyətdə olan 600-ə yaxın quyuda atmosferə atılan səmt qazlarının həcmləri instrumental üsulla ölçülüb, səmt qazlarının kimyəvi tərkibinin, istilik törətmə qabiliyyətinin və qazın sıxlığının təyin edilməsi məqsədilə mədən ərazilərindən 50 ədəd nümunə götürülüb və analiz aparılması üçün İdarənin Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.

Həmçinin, Coğrafi Məlumat Sistemində həmin ölçülmüş quyuların sxematik xəritəsinin hazırlanması üçün GPS cihazı ilə tədqiq edilən quyuların coğrafi koordinatları müəyyən edilib.

Aparılmış instrumetal ölçmə və həyata keçirilmiş kompleks ekoloji monitorinqə dair yekun hesabatın hazırlanması üzrə işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti