...

BP Azərbaycanda hasilatın artırılması üçün obyektin tikintisini başa çatdırıb (FOTO)

Energetika Materials 11 Dekabr 2012 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir H.Vəliyev/

"Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqları blokunun işlənməsi operatoru - BP şirkəti "Chirag oil project" (Azərbaycanın "AÇG" blokunda neft hasilatının artırılması) çərçivəsində platformanın dayaq blokunun tikintisini başa çatdırıb. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən məlumat verilib.

Bu, Xəzərdə ən ağır (18,2 min ton) blokdur. Blok oktyabrın 20-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundakı STB-1 barjına yüklənib.

Dayaq bloku ilin sonunadək barjda qalacaq ki, bu da hazırda quraşdırılma mərhələsində olan sualtı boru kəmərlərinin tikintisini başa çatdırmağa imkan verəcək.

Dənizdə dayaq blokunun quraşdırılmasına 2013-cü ilin əvvəlində başlamaq planlaşdırılıb.

Habelə, platformanın ATA konsorsiumu (AMEC-Tekfen-Azfen) tərəfindən həyata keçirilən üst hissəsinin tikintisi və quraşdırılması işlərinin təxminən 90 faizi başa çatıb. Onların 2013-cü ilin ikinci rübündə dənizə göndərilməsi planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti