...

"SOCAR Ukraine" YDM şəbəkəsini sığortaladıb

Energetika Materials 8 Fevral 2013 18:38 (UTC +04:00)
“SOCAR Ukraine” şirkətlər qrupu və “Qarant-Avto” sığorta şirkəti bir neçə sığorta proqramı üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar.
"SOCAR Ukraine" YDM şəbəkəsini sığortaladıb

Azərbaycan, Bakı, 8 fevral /Trend/

"SOCAR Ukraine" şirkətlər qrupu və "Qarant-Avto" sığorta şirkəti bir neçə sığorta proqramı üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, sazişin şərtlərinə əsasən şirkətin Ukraynadakı bütün əmlakı, habelə "SOCAR" brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri 2013-cü ildən etibarən sığortalı müdafiə hüququ əldə edib. KASKO və OSQPO proqrmaları üzrə sığortalama şirkətin minik və yük avtomobilləri parkına, o cümlədən benzin daşıyan maşınlara, yedəkçilərə, təhlükəli yüklərə və obyektlərə şamil ediləcək.

"SOCAR Ukraine" və "Qarant-Avto" gələcəkdə tərəfdaşlıq proqramları və birgə aksiyalar istiqamətində əməkdaşlığı genişləndirməyi planlaşdırırlar.

Qeyd edək ki, "SOCAR Ukraine" şirkətlər qrupu 2009-cu ildən etibarən "SOCAR" brendi ilə fəaliyyət göstərən YDM şəbəkəsini inkişaf etdirir. Hazırda şirkətlər qrupu 65 YDM-in aktivlərini idarə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti