Azərbaycan, Bakı, 14 mart, / Trend, müxbirlər E.Tarıverdiyeva, D.Xatınoğlu/
İran prezidenti Mahmud Əhmədinejad gün ərzində 8 milyon litr benzin istehsal gücünə malik Şazənd neft-kimya zavodunun sonuncu blokunun açılışını edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Fars" agentliyi xəbər yayıb.
Məlumata əsasən, Şazənd zavodunun istehsal gücü gün ərzində 170 mindən 250 min barelə yüksəlib. Zavod gün ərzində 12 milyon litr benzin istehsal edə biləcək.
İran hökümətinin nümayəndələrinin sözlərinə görə, zavodun yeni blokunda istehsal olunan benzin "Avro-4", "Avro-5" standartlarına cavab verəcək.