Azərbaycan, Bakı, 23 may /Trend/
Aran (Kür-Araz) iqtisadi rayonunda qazlaşdırma davam edir.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin əvvəlindən başlayaraq Mingeçevir şəhərinin qaz təchizatı şəbəkəsinin yeniləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində TRM zavodu ətrafı, ''Şəfa'', ''Şəfəq'', ''Gülüstan'' yaşayış massivləri qazlaşdırılıb, ümumilikdə 12,8 kilometr uzunluğunda qaz kəmərləri çəkilib. AzDRES qəsəbəsi, Natəvan küçəsinin sağ hissəsində salınmış 412 qaçqın və məcburi köçkün ailəsinin yaşadığı ''Yeni Həyat'' yaşayış massivinin qazlaşdırılması məqsədi ilə 17,7 kilometr uzunluğunda bоru хətləri quraşdırılıb.
Yevlax rayonu Yenicə kəndinin qazlaşdırılması üçün daşıyıcı qaz kəməri çəkilib, Yevlax-Bərdə avtomobil yolunun sol hissəsində 210 ailəlik yeni salınmış yaşayış sahəsi və rayonun Qoyunbinəsi kəndində Kəlbəcər rayonundan olan 60 məcburi köçkün ailəsinin yaşadığı ərazi qazlaşdırılıb, bu məqsədlə ümumilikdə 17,2 kilometr uzunluğunda bоru хətləri quraşdırılıb.
Ağdaş rayonunun Tofiqi kəndinin qazlaşdırılması üçün 13,8 kilometr uzunluğunda, Ağcabədi şəhərinin genişlənən hissəsinin, habelə rayonun Aşağı Avşar, Salmanbəyli, Hindarx, Kəbirli və Muğanlı kəndlərinin qazlaşdırılması üçün ümumi uzunluğu 100,1 kilometr olan müxtəlif diametrli bоru хətləri çəkilib.
Beyləqan şəhərinin Şitilçilik massivi, rayonun Təzəkənd, Bolsulu, Eyvazalılar, Dünyamalılar, Orta Əlinəzərli, Birinci Aşıqlı kəndləri də qazlaşdırılıb, bu məqsədlə 68,8 kilometr uzunluğunda qaz kəmərləri inşa edilib.
Biləsuvar şəhərinin ''Təyyarə meydanı'' adlanan yeni yaşayış massivi, M.İbrahimov küçəsinin sağ və sol tərəflərinin genişlənən hissəsi, rayonun Bağbanlar, Günəşli, İsmətli, Ağəyri, Aranlı və Çinarlı, Arazbarı, Aranlı, Muğan, Yuxarı Ağalı, Çaylı, Əsgərabad və Aranlı kəndləri, eləcə də Zəhmətabad kəndinin genişlənən hissəsi, həmçinin Bəydili kəndindəki yeni yaşayış massivi qazlaşdırılıb, bu məqsədlə ümumi uzunluğu 43,9 kilometr olan qaz kəmərləri çəkilib.
Bərdə rayonunun Türkmən kəndi yaxınlığındakı və Çəmənli kəndindəki yeni yaşayış massivlərinin, Şərəfli, Əmirli və Qarabağ qəsəbələrinin, rayonun Alaçadırlı, Kətəlparaq, Muğanlı, Uğurbəyli, Kələntərli, Xanxanımlı, Darğalar, Hüseyinbəyli, Qullar, Lənbəran, Qaraqoyunlu, Ərəblər, Əliyanlı, Qaradəmirçi, Xəsilli, Bəcrəvan, Körpüsındıran, Qasımbəyli, Kərimbəyli, Əyricə, Xanərəb və Sərkarlar kəndlərinin qazlaşdırılması üçün 331,8 kilometr uzunluğunda boru xətləri quraşdırılıb.
Kürdəmir şəhərinin Cənub məhəlləsinin, rayonun Çöhranlı, Bağman, Şilyan, Xınıslı və Muğanlı kəndlərinin qazlaşdırılması məqsədi ilə 47,2 kilometr uzunluğunda, Göyçay rayоnunun Cəyirli, Qubadlı-Şıxlı, Qarayazı, Məlikkənd və Bığır kəndlərinin qazlaşdırılması məqsədilə 67 kilometr uzunluğunda qaz kəmərləri çəkilib.
Hacıqabul rayonundakı 2 saylı Qazpaylayıcı Stansiyasından Şirvan şəhərinə təbii qazın verilişini təmin etmək üçün yeni tənzimləyici qovşaq və 315 mm-lik yeraltı qaz kəməri tikilib, rayonun Meyniman kəndi qazlaşdırılıb. Bu məqsədlə ümumilikdə 12,1 kilometr uzunluğunda bоru хətləri quraşdırılıb.
İmişli şəhərinin qaz təchizatının bərpası və yaxşılaşdırılması, genişlənmiş hissələrin və yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də rayоnun Rəsullu və Yalavac kəndlərinin qazlaşdırılması üçün 19,1 kilometr uzunluğunda qaz kəmərləri çəkilib.
Neftçala rayon mərkəzinin qaz şəbəkəsinin tam şəkildə yenidən qurulması üçün 8,7 kilometr uzunluğunda bоru хətləri quraşdırılıb.
Sabirabad şəhərinin yeni salınmış yaşayış sahələrinin, şəhərdə yerləşən 3 ədəd 5 mərtəbəli binanın, eləcə də rayоnun Azadkənd, Quruzma, Qaraqaşlı, Məmişlər, Qəzli və Yenikənd kəndlərinin qazlaşdırılması məqsədi ilə 60,1 kilometr uzunluğunda qaz kəmərləri çəkilib.
Salyan rayonunun Qaraçala qəsəbəsinin qaz kəməri yenidən qurulub, rayonun Qırxçıraq qəsəbəsi, Gəncəli, Kərimbəyli, Qarabağlı, Seyida, Təzəkənd, Noxudlu və Gomuşçu kəndləri qazlaşdırılıb, bu məqsədlə 113,5 kilometr uzunluğunda qaz kəmərləri inşa edilib.
Zərdab rayonu ərazisində 71 fərdi yaşayış evindən ibarət yeni qəsəbənin, Salahlı, Gəlmə, Xanməmmədli və Hüseynxanlı kəndlərinin qazlaşdırılması üçün 5,1 kilometr uzunluğunda bоru хətləri quraşdırılıb.
Saatlı rayonunun Bəylik, Potubəyli, Qarayevkənd və Qıraqlı kəndlərinin, eləcə də Ucar rayonunun Çiyni, Məlikballı, Qazyan və Qazıqumlaq kəndlərinin qazlaşdırılması üçün çəkilən kəmərlərin ümumi uzunluğu 125,1 kilometr təşkil edib.