...

Balkan ölkələri Transadriatik qaz kəmərinin tikintisini dəstəkləyirlər

Energetika Materials 24 May 2013 04:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Monteneqro, Albaniya, Bosniya və Herseqovina və Xorvatiyanın hökumət nümayəndələri Transadriatik (Trans Adriatic Pipeline, TAP) və İon-Adriatik (Ionian Adriatic Pipeline, IAP) qaz kəmərlərinin tikintisinə dəstək və əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Monteneqro DİN-ə istinadən xəbər verir.

Memorandum cümə axşamı Tiranada imzalanıb.

Tərəflər qaz kəmərlərinin tikintisi layihəsinin həyata keçirilməsi, maliyyələşdirilməsi və inkişafına yardım etmək, həmçinin Azərbaycan və Xəzər regionundan qaz nəqli üçün daxili bazarları hazırlamaq barədə öhdəlik götürüblər.

İştirakçı dövlətlər TAP və IAP layihələrinə tam dəstək verdiklərini və Avropa İttifaqının Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və diversifikasiyası məqsədlərinə sadiq olduqlarını bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti