...

Lerik rayonunun 4 kəndinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 29 İyun 2013 18:25 (UTC +04:00)
Lerik rayonunun daha 4 kəndinə təbii qaz verilib.
Lerik rayonunun 4 kəndinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Lerik rayonunun daha 4 kəndinə təbii qaz verilib.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 29-da Lerik rayonunun Hiveri, Qosmalian, Nuravud və Zərdəbərə kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Şirkətin və "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin nümayəndələri, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, ictimaiyyət təmsilçiləri, kənd ağsaqqları iştirak ediblər.

Tədbirdə bildirilib ki, 33 abonenti olan Hiveri kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumi uzunluğu 2358 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və 2928 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 33 sayğac və 1 qaztənzimləyici şkaf quraşdırılıb.

67 abonenti olan Qosmalian kəndinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumi uzunluğu 1279 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və 5788 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilmiş, 67 sayğac və 1 qaztənzimləyici şkaf quraşdırılıb.

Ümumilikdə 124 abonentli olan Nuravud və Zərdəbərə kəndlərinin qazlaşdırılması üçün isə ikipilləli sistem əsasında ümumi uzunluğu 16 042 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 124 ədəd sayğac və 2 ədəd qaztənzimləyici şkaf quraşdırılıb.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, kənd və qəsəbələrin qazlaşdırılması məqsədilə görülən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti