Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan" istilik elektrik stansiyası (İES) 2014-cü ilin yanvar-fevral aylarında 1,35 milyard kilovat/saat elektrik enerjisi istehsal edib. 2013-cü ilin eyni dövründə bu göstərici təqribən 1,6 milyard kilovat/saat olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərenerji" ASC-nin yaydığı xəbərdə deyilir.
İES fevralda təqribən 652,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edib. Ötən ilin fevralında bu rəqəm təqribən 753 milyon kilovat/saat təşkil edib.
İES 2013-cü ildə 7,6 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edib.