...

Gerhard Şröder: Azərbaycan qazın üzunmüddətli tədarükü baxımından Avropanın vacib tərəfdaşıdır

Energetika Materials 13 Mart 2014 16:02 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" layihəsi Avropaya karbohidrogenlərin tədarükü mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın simasında yeni satış bazarı əldə etməyə imkan verəcək.
Gerhard Şröder: Azərbaycan qazın üzunmüddətli tədarükü baxımından Avropanın vacib tərəfdaşıdır

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.İsmayılov/

"Cənub Qaz Dəhlizi" layihəsi Avropaya karbohidrogenlərin tədarükü mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın simasında yeni satış bazarı əldə etməyə imkan verəcək.

Trend-in məlumatına görə, bunu Bakıda Almaniyanın sabiq Federal Kansleri Gerhard Şröder Azərbaycan-Almaniya Ticarət Palatasındakı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiyadan qazın tədarükləri coğrafi baxımdan vacib olsa da, Azərbaycandan qaz tədarükləri Avropa üçün əhəmiyyət kəsb edib və edəcək.

G.Şröder qeyd edib: "Ölkəniz qazın uzunmüddətli perspektivdə tədarükü baxımından Avropanın etibarlı tərəfdaşı olaraq qalır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti