...

"Günəşli" yatağında hasilatın artırılması məqsədi ilə mühüm tikinti-inşaat işləri görülür

Energetika Materials 14 May 2014 15:06 (UTC +04:00)
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağında hasilatın artırılması məqsədilə yeni-yeni platformalar inşa edilir, mövcud özüllər genişləndirilir, digər texniki tədbirlər həyata keçirilir.
"Günəşli" yatağında hasilatın artırılması məqsədi ilə mühüm tikinti-inşaat işləri görülür

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağında hasilatın artırılması məqsədilə yeni-yeni platformalar inşa edilir, mövcud özüllər genişləndirilir, digər texniki tədbirlər həyata keçirilir.

Trend-in Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ-nin mühüm struktur vahidlərindən olan "Neftqaztikinti" Tresti bu istiqamətdə bir sıra mühüm işlər görür. Trest "Günəşli" yatağındakı 13 saylı Dərin Dəniz Özülündə yenidənqurma işləri həyata keçirir. Yatağın ehtiyat imkanlarının daha böyük olduğu nəzərə alınaraq, neft-qaz hasilatını artırmaq məqsədilə özüldə əlavə 4 ədəd neft-kondensat quyusunun qazılması üçün ümumi uzunluğu 2040 metr olan müxtəlif diametrli qoruyucu və istiqamətləndirici borular quraşdırılıb.

Özüldə yenidənqurma işlərinin cari ilin avqust ayında başa çatdırılacağı gözlənilir.

Trest tərəfindən "Günəşli" yatağında Qazlift Kompressor Stansiyasının tikintisi" obyektində də işlər uğurla davam etdirilir. Yataqdakı neft quyularının uzunmüddətli istismarını təmin etmək məqsədi daşıyan bu layihə çərçivəsində dayaq blokları və lövhələr hazırlanaraq quraşdırılıb, müxtəlif diametrli boruların tikintisi və avadanlıqların quraşdırılması işləri isə davam etdirilir. Qazlift Kompressor Stansiyasının 2014-cü ilin iyul ayında istismara verilməsi planlaşdırılır.

Bundan başqa, "Günəşli" yatağında quraşdırılması nəzərdə tutulan 7 saylı Dərin Dəniz Özülünün tikinti-quraşdırma işləri də "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti