...

13 il ərzində Dövlət Neft Fonduna 101 milyard dollar vəsait daxil olub

Energetika Materials 4 İyun 2014 16:06 (UTC +04:00)
2001-ci ildən 2013-cü ilədək olan dövrdə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 101 milyard dollardan artıq vəsait daxil olub.
13 il ərzində Dövlət Neft Fonduna 101 milyard dollar vəsait daxil olub

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Əliyev/

2001-ci ildən 2013-cü ilədək olan dövrdə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 101 milyard dollardan artıq vəsait daxil olub. Trend-in məlumatına görə, bu barədə ARDNF-nin ötənilki fəaliyyətinə həsr olunmuş hesabatda deyilir.

Ötən 13 il ərzində fonda daxilolmaların təxminən üçdə ikisi (64 faiz və ya 64,23 milyard dollar) investisiya qoyuluşlarına yönəldilib. ARDNF-yə daxil olmuş resurslardan qalan 36 faiz (35,88 milyard dollar) fondun yığım hissəsinə yönəldilib.

2013-cü ildə fonda daxilolmaların həcmi 17,33 milyard dollar olub ki, bu da 2012-ci ildəki göstəricidən aşağıdır (17,41 milyard).

Hesabatda deyilir: "Azalma Neft Fondunun xərclərinin artan həcmi ilə əlaqədardır". Yığıma ötənilki daxilolmaların 9,5 faizi göndərilib.

ARDNF 1999-cu ildə yaranıb və həmin vaxt onun aktivləri 271 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti