...

Türkiyənin Ceyhan limanından 2 milyard barel neft yüklənib

Energetika Materials 22 İyul 2014 17:35 (UTC +04:00)
2006-cı il iyunun 2-dən indiyədək Türkiyənin "Botas International Limited" (BIL) şirkəti Ceyhan neft terminalından iki milyard barel neft yükləyib.
Türkiyənin Ceyhan limanından 2 milyard barel neft yüklənib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Emil İsmayılov/

2006-cı il iyunun 2-dən indiyədək Türkiyənin "Botas International Limited" (BIL) şirkəti Ceyhan neft terminalından iki milyard barel neft yükləyib. Bu barədə Trend BIL-in saytına istinadən məlumat verir.

BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

Hesabat dövründə terminaldan 2600 tanker yüklənib.

BTC-nin səhmdarları BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,9 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz); Total (5 faiz); Itochu (3,40 faiz); Inpex (2,5 faiz); ConocoPhillips (2,50 faiz) və ONGC (2,36 faiz) şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti