...

Gürcüstanda Azərbaycandan idxal edilən avtomobil qazı bahalaşıb

Energetika Materials 6 Avqust 2014 14:58 (UTC +04:00)
Gürcüstanda avtomobil qazının bir litri 10 tetri (6,5 sent) bahalaşıb. Gürcüstanda avtomobil qazı Azərbaycanın "SOCAR Gas Georgia" şirkətinin yanacaqdoldurma məntəqələrində ən aşağı qiymətə satılır.
Gürcüstanda Azərbaycandan idxal edilən avtomobil qazı bahalaşıb

Gürcüstan, Tbilisi, 6 avqust /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanda avtomobil qazının bir litri 10 tetri (6,5 sent) bahalaşıb. Gürcüstanda avtomobil qazı Azərbaycanın "SOCAR Gas Georgia" şirkətinin yanacaqdoldurma məntəqələrində ən aşağı qiymətə satılır.

Gürcüstanın avtomobil qazı paylaşdırıcı şirkətlərindən bildirildiyi kimi, qazdoldurma məntəqələrinin tikintisinə qoyulmuş və ödənilməsi lazım gələn investisiyalar qazın qiymətinin artımına səbəb olub.

Lakin ekspertlər hazırda avtomobil qazının daha da bahalaşacağını istisna etmirlər. Ona tələbatın çox olmasına səbəb qazın qiymətinin aşağı olmasıdır.

Gürcüstanın Təbii Qaz İstehlakçıları Assosiasiyasının rəhbəri İmedi Dvalidzenin sözlərinə görə, əgər avtomobil qazının qiymətləri bahalaşmasa idi, onda bir çox qaz paylaşdırıcı şirkətlər iflas təhlükəsi qarşısında qala bilərdilər.

Onun sözlərinə görə, bazarın prinsiplərindən çıxış edərək şikətlərin qiymətləri bahalaşdırmaqdan başqa çıxış yolu yox idi.

Gürcüstan bazarında avtomobil qazı benzindən iki dəfə ucuzdur.

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana avtomobil qazı idxal edən yeganə şirkətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti