...

Azərbaycanda qaz istehlakı artıb

Energetika Materials 17 Sentyabr 2014 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü il sentyabrın 17-nə olan məlumata görə, əhaliyə və Azərbaycanın digər istehlakçılarına verilən qazın sutkalıq həcmi avqustun 11-dəki 6,44 milyon kubmetrə nisbətdə 7,8 milyon kubmetr təşkil edib. Bu barədə Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

İB-dən bildiriblər ki, sentyabrın 17-də Bakıda sutkalıq qaz istehlakı 5,5 milyon kubmetr, regionlarda isə 2,3 milyon kubmetr olub.

Qeyd edək ki, 2014-cü il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanın qaz operatorunun abonentlərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 1 703 605-ə çatıb. Burada əhali kateqoriyasının payı 1 682 246, digər kateqoriyaların payı isə 21 359-dur. Qaz abonentlərinin 719 875-i Bakıda, 983 730-u isə regionlardadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti