Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
"Neft Daşları" yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2149 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyu 1883-1880 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.