Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir Emil İsmayılov/
"Azərenerji" ASC 2015-ci ilin ortalarında Abşeron yarımadasının enerji təchizatı mühüm böyük əhəmiyyətə malik "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunu istismara verəcək. Bu barədə Trend-ə ASC-dən bildiriblər.
ASC-dən qeyd ediblər ki, qurğunun tikintisi uğurla davam etdirilir və işin böyük hissəsi artıq başa çatıb: "İşlər tədricən yekunlaşmağa doğru gedir. Qurğunun gələn ilin yayında istismara veriləcəyi gözlənilir".
Qeyd edək ki, "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunun gücü 409 meqavat təşkil edəcək. Hazırda stansiyada gücü 400 meqavat olan bir qaz-buxar qurğusu var.