...

Avropa Komissiyası: "Cənub Qaz Dəhlizi" siyasi səviyyəyə çıxarılacaq

Energetika Materials 9 Fevral 2015 17:13 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasının məqsədi Dəhlizin siyasi səviyyəyə çıxarılması olacaq.
Avropa Komissiyası: "Cənub Qaz Dəhlizi" siyasi səviyyəyə çıxarılacaq

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

"Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasının məqsədi Dəhlizin siyasi səviyyəyə çıxarılması olacaq. Bu barədə bazar ertəsi Trend-ə Avropa Komissiyasının mətbuat xidmətindən bildiriblər.

Avropa Komissiyasından deyiblər ki, tərəflər Avropaya qazın 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində daxil olmasından ötrü bütün məsələləri müzakirə edəcəklər: "Məşvərət Şurasının iclasının keçirilməsi Avropa Komissiyası ilə Azərbaycanın birgə təşəbbüsüdür. Bu təşəbbüs Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ötən ilin noyabrında razılaşdırılıb".

Fevralın 12-də Bakıda "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclası keçiriləcək. Artıq iclasda İtaliyanın iqtisadi inkişaf naziri Klaudio de Vinçentinin, Yunanıstan, Gürcüstan və Bolqarıstanın energetika nazirləri Panayotis Lafazanis, Kaxa Kaladze və Temenujka Petkovanın, eləcə də Avropa Komissiyasının vitse-prezidenti M.Şevçoviçin iştirakı təsdiqlənib.

Tədbirə "Cənub Qaz Dəhlizi"nin bütün tranzit ölkələri (Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan) dəvət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti