...

İmamqulubəyli kəndi də qaz gördü

Energetika Materials 10 Fevral 2015 16:08 (UTC +04:00)
Ağcabədi rayonunun İmamqulubəyli kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
İmamqulubəyli kəndi də qaz gördü

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Bu gün Ağcabədi rayonunun İmamqulubəyli kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 229 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 608 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 229 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti