...

"Cənub Qaz Dəhlizi"nin təhlükəsizliyini hər bir ölkə təmin etməlidir" (ƏLAVƏ OLUNUB)

Energetika Materials 12 Fevral 2015 18:56 (UTC +04:00)
Ukraynadakı böhran Avropaya neft və qaz tədarükünə mənfi təsir edir və bununla əlaqədar olaraq Avropa İttifaqının enerji resurslarının tədarükü marşrutlarının şaxələndirilməsinə ehtiyacı var.
"Cənub Qaz Dəhlizi"nin təhlükəsizliyini hər bir ölkə təmin etməlidir" (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

Ukraynadakı böhran Avropaya neft və qaz tədarükünə mənfi təsir edir və bununla əlaqədar olaraq Avropa İttifaqının enerji resurslarının tədarükü marşrutlarının şaxələndirilməsinə ehtiyacı var. Trend-in məlumatına görə, bunu jurnalistlərə Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviç deyib.

Onun sözlərinə görə, hazırda "Cənub Qaz Dəhlizi" Avropa üçün prioritet təşkil edir: "Bu layihəyə cəlb edilən hər bir ölkə Dəhlizin təhlükəsizliyini təmin etməlidir".

M.Şevçoviç qeyd edib ki, bu gün "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasının iştirakçıları layihənin həyata keçirilməsində yarana biləcək problemləri, layihənin gələcəkdə irəliləyişi məsələlərini müzakirə ediblər.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" böyük, kompleksli, mürəkkəb layihədir, bütün ölkələr və şirkətlər onun reallaşdırılmasında sıx əməkdaşlıq etməlidirlər.

M.Şevçoviç əlavə edib ki, bugünkü görüş faydalı və uğurlu olub: "BP və digər şirkətlərin mütəxəssisləri layihənin reallaşdırılması prosesində yarana biləcək çətinlikləri izah ediblər. Razılığa gəldik ki, Avropa Komissiyanın bütün nazirlərlə əməkdaşlıq çərçivəsində hazırladığı fəaliyyət planı üzrə işləyəcəyik. Aİ üçün "Cənub Qaz Dəhlizi" yeganədir, hazırda onun üzərində iş gedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti