...

"Neft Daşları"nda yeni quyu qazılır

Energetika Materials 17 Fevral 2015 15:15 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 1887 nömrəli platformadan 2680 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"Neft Daşları"nda yeni quyu qazılır

Azərbaycan, Bakı, 17 fevral /Trend/

"Neft Daşları" yatağındakı 1887 nömrəli platformadan 2680 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 3400 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 35 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti