...

"Neft Daşları"nda yeni quyu qazılır

Energetika Materials 13 Mart 2015 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend/

"Neft Daşları" yatağındakı 418A nömrəli platformadan 2611 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1030 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti