...

Natiq Əliyev: "Azərbaycanın ilk qazı Avropaya çatanda bütün quyuların qazılacağına əminəm"

Energetika Materials 16 Mart 2015 18:16 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” təkcə Azərbaycanın deyil, həm də qlobal layihədir.
Natiq Əliyev: "Azərbaycanın ilk qazı Avropaya çatanda bütün quyuların qazılacağına əminəm"

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Maksim Tsurkov/

"Cənub Qaz Dəhlizi" təkcə Azərbaycanın deyil, həm də qlobal layihədir. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "New Europe" nəşrinə müsahibəsində deyib.

O, qeyd edib: "Buna görə də regionda sülh əldə etməliyik. Hər bir səviyyədə əməkdaşlıq və dəstəyə ehtiyac var. Biz bütün maliyyə resurslarına malikik və siyasi dəstəyə ehtiyacımız var".

N.Əliyev bildirib ki, "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması plan üzrə gedir: "Şahdəniz" qaz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 26 quyudan 8-i artıq qazılıb və bu il 9-nun qazılmasına başlayacağıq. Əminəm ki, Azərbaycanın ilk qazı Avropaya çatanda bütün quyular qazılacaq".

Nazirin sözlərinə görə, layihənin reallaşdırılmasında yaranan bütün məsələlər həll edilə bilən kateqoriyasına aiddir: "Azərbaycanda bütün potensial iqtisadi, maliyyə və fiskal problemləri həll etməyə hesablanmış işin yoxlanılması üzrə Dövlət Komissiyası təsis edilib. Gürcüstanda Cənub Qafqaz boru kəmərinin genişləndirilməsi üçün torpaqların əldə edilməsi üzrə bir sıra məsələlər var. TANAP üzrə heç bir real problem yoxdur, çünki Türkiyə ilə yaxşı əlaqələr qurulub. Yunanıstanla problemin olacağını isə düşünmürəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti