...

"Neft Daşları"ndakı estakadayanı meydançalardan biri əsaslı təmir edildi

Energetika Materials 31 Mart 2015 16:28 (UTC +04:00)
“Neft Daşları”ndakı 2223 nömrəli estakadayanı meydança və meydançaya giriş estakadası əsaslı təmir edilib.
"Neft Daşları"ndakı estakadayanı meydançalardan biri əsaslı təmir edildi

Azərbaycan, Bakı, 31 mart /Trend/

"Neft Daşları" yatağında yerləşən 2223 nömrəli estakadayanı meydança və 137 metr uzunluğunda meydançaya giriş estakadası əsaslı təmir edilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, meydançadakı hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Neftqaztikinti" Tresti tərəfindən aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyasılar yenisi ilə əvəz olunub, 72 ədəd svay vurulub, 36 ədəd rigel, 28 ədəd FTP-10 tipli fəza ferması və 320 ədəd dəmir-beton tava quraşdırılıb. Ümumiyyətlə, 1534 kvadratmetr sahəni əhatə edən estakadayanı meydançanın 1000 kvadratmetrə yaxın hissəsi əsaslı təmir edilib.

Qeyd edək ki, 1983-cü ildən istismara verilən, dənizin 21 metr dərinliyində yerləşən 2223 nömrəli estakadayanı meydançada 6 istismar quyusundan sutkada 40 tona yaxın neft və 1600 kubmetr qaz hasil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti