...

131 çoxmərtəbəli binaya təbii qaz verilib

Energetika Materials 14 Aprel 2015 16:32 (UTC +04:00)
131 çoxmərtəbəli binaya təbii qaz verilib.
131 çoxmərtəbəli binaya təbii qaz verilib

Azərbaycan, Bakı, 14 aprel /Trend/

131 çoxmərtəbəli binaya təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyi 2015-ci ilin birinci rübü ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 131 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 2947 ailə yaşayır.

Ümumiyyətlə, "Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti