...

Azərbaycanda yeni kimya zavodu tikiləcək

Energetika Materials 15 Aprel 2015 15:11 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkında polipropilen istehsalı üzrə zavodun tikintisi avqustun sonu - sentyabrın əvvəlində başlayacaq.
Azərbaycanda yeni kimya zavodu tikiləcək

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Maksim Tsurkov/

Sumqayıt Kimya Sənaye Parkında polipropilen istehsalı üzrə zavodun tikintisi avqustun sonu - sentyabrın əvvəlində başlayacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə "SOCAR Polymer" layihəsinin rəhbəri Emil Eminov deyib.

Onun sözlərinə görə, bu gün Bakıda İtaliyanın "Maire Tecnimont" şirkəti ilə imzalanmış müqavilə işlərin yerinə yetirilməsinin dəqiq müddətini nəzərdə tutur: "Dəyəri 350 milyon avro olan müqavilə çərçivəsində layihənin istismara verilməsinədək tam texniki xidmətlərin təqdim edilməsi, maddi-texniki təminat, montaj işləri və tikinti fəaliyyəti, eləcə də istismar sınaqları nəzərdə tutulur".

E.Eminov qeyd edib ki, plana əsasən, zavod 2017-ci ilin sonunda istismara veriləcək: "Yaxın vaxtlarda tenderdə iştirak etmək üçün şirkətlərə dəvətlər göndəriləcək. Layihənin ümumi dəyəri təqribən 700 milyon avrodur. Layihə üzrə xərclərin 40 faizi yerli təsisçilər [SOCAR, Gilan Holdinq və PAŞA Holdinq], qalan hissəsi isə 420 milyon avro həcmində daxili kredit hesabına maliyyələşdiriləcək. Layihənin reallaşdırılması ildə 180 min ton polipropilen və 130 min ton polietilen istehsal etməyə imkan verəcək. Məhsulun böyük hissəsini Türkiyə və Qərbi Avropa ölkələrinə göndərmək planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti