Azərbaycan, Bakı, 16 aprel /Trend/
"Günəşli" yatağındakı 8-ci özüldən 34 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 3380-3365 metr intervaldan sutkalıq 150000 kubmetr qaz və 16 ton kondensat hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "28 May" adına NQÇİ-nin sifarişi ilə qazılıb.