...

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşır

Energetika Materials 18 Aprel 2015 12:32 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 64,61 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşır

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir Maksim Tsurkov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 64,61 dollar/barel təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) şənbə günü Trend-ə verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən nisbətən 1,36 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

SOCAR-dan bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 17-də 63,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,37 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 17-də 61,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti aprelin 17-də 61,78 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,32 dollar/barel çoxdur.

Azərbaycan neftinin qiyməti cari həftənin əvvəlindən artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti