Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Elmira Tariverdiyeva/
İranın neft naziri Bijən Namdar Zəngənə ölkəsinin Azərbaycanın neft-qaz layihələrində iştiraka hazır olduğunu bəyan edib. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.
Onun sözlərinə görə, İran region ölkələrinin, xüsusilə də Azərbaycan, İraq və Türkmənistanın neft-qaz layihələrində iştirak edə bilər: "Regional layihələrdə iştirak İrana neft hasilatı texnologiyasını yaxşılaşdırmağa kömək edə bilər".
Nazir qeyd edib ki, Tehrana qarşı beynəlxalq sanksiyalar ləğv edildikdən sonra İran şirkətləri diqqəti regional layihələrə yönəldəcək.