...

160 çoxmərtəbəli binaya təbii qaz verilib

Energetika Materials 15 May 2015 18:33 (UTC +04:00)
Həmin binalarda ümumilikdə 3325 ailə yaşayır.
160 çoxmərtəbəli binaya təbii qaz verilib

Azərbaycan, Bakı, 15 may /Trend/

"Azəriqaz" İstehsalat Birliyi 2015-ci ilin yanvar-aprel aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 160 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Bu barədə Trend SOCAR-a istinadən məlumat verir.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 3325 ailə yaşayır.

Ümumiyyətlə, "Azəriqaz" İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti