...

"Neft Daşları"nda yeni quyu qazılır

Energetika Materials 29 May 2015 16:24 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 1954A nömrəli meydançadan 2681 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"Neft Daşları"nda yeni quyu qazılır

Azərbaycan, Bakı, 29 may /Trend/

"Neft Daşları" yatağındakı 1954A nömrəli meydançadan 2681 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1360 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti