...

Səfir: ABŞ Azərbaycanla enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edir (FOTO)

Energetika Materials 2 İyun 2015 20:09 (UTC +04:00)
"ABŞ Azərbaycanla enerji təhlükəsizliyi və iqtisadi inkişaf sahələrində sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycanın çiçəklənən ölkəyə çevrilməsidir".
Səfir: ABŞ Azərbaycanla enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edir (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

"ABŞ Azərbaycanla enerji təhlükəsizliyi və iqtisadi inkişaf sahələrində sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycanın çiçəklənən ölkəyə çevrilməsidir".

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XXII Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransının açılışına həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, ABŞ və Azərbaycan 20 ildən çoxdur əməkdaşlıq edir: "ABŞ əvvəllər Azərbaycana neft hasilatında kömək edirdi, hazırda isə qaz hasilatında yardım edir. Biz bu sahədə Azərbaycanla sıx əməkdaşlıq edirik".

I Avropa Oyunlarını şərh edən səfir qeyd edib ki, hamı bu Oyunlar üçün infrastrukturun inşası və genişləndirilməsi üzrə işlərin aparılmasının şahidi oldu: "ABŞ idmanı müxtəlif xalqların yaxınlaşması vasitəsi kimi dəstəkləyir. Mən bütün idmançılara, o cümlədən azərbaycanlı idmançılara Avropa Oyunlarda uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti