...

"Çilov"da yeni quyu istismara verilib

Energetika Materials 18 İyun 2015 16:48 (UTC +04:00)
"Çilov" yatağında yeni quyu istismara verilib.
"Çilov"da yeni quyu istismara verilib

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Çilov" yatağında yeni quyu istismara verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Tresti tərəfindən "Çilov" yatağındakı 112 nömrəli özüldə qazılmış 113 nömrəli quyunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib, Qala-3 Lay Dəstəsinin 1243-1237 metr intervalına perforasiya olunub.

Quyu sutkada 50 ton neft, 4000 kubmetr qaz hasilatı ilə istismara qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti