...

"Petkim" Türkiyənin Egey regionunun ən iri limanına çevriləcək (EKSKLÜZİV)

Energetika Materials 16 İyul 2015 16:20 (UTC +04:00)
Bu il gücü 51 meqavat olacaq “Petkim” külək elektrik stansiyası layihəsi üzərində işləməyə başlamışıq.
"Petkim" Türkiyənin Egey regionunun ən iri limanına çevriləcək (EKSKLÜZİV)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Trend-in "Petkim Petrokimya Holding" şirkətinin baş direktoru Sadəddin Qorqudun Trend-ə müsahibəsi

"Petkim"in Türkiyədəki məqsədləri

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Value-Site-2023" çərçivəsində Petkim yarımadasında bir sıra vacib layihələrin reallaşdırılmasını davam etdirir. Bu layihələr "Petkim"in rolunu gücləndirir.

"Star" Neft Emalı Zavodunun (NEZ) tikintisi 2018-ci ildə başa çatacaq. NEZ-ə qoyulan investisiyalar ümumilikdə 5,6 milyard dollar təşkil edir. "Star" NEZ "Petkim"in xammal idxalından asılılığını azaltmağa kömək edəcək.

Bu layihənin maliyyələşdirilməsinə 23 beynəlxalq və yerli bank cəlb edilmişdi. Məqsədimiz 2023-cü ilədək daxili bazarda payımızın 20-dən 25 faizədək artırılmasından ibarətdir. Bunun üçün bir sıra layihələr üzərində işləyirik.

"Star" NEZ-də illik nafta istehsalının həcmi 1,66 milyon ton təşkil edəcək. Nafta "Petkim" neft-kimya kompleksi (SOCAR-ın burada iştirak payı var) tərəfindən əsas xammal qismində istifadə edilir. Yeni NEZ-də, həmçinin 5,95 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 500 min ton aviasiya kerosini, 500 min ton reformat, 630 min ton neft koksu, 240 min ton sıxılmış qaz, 415 min ton qarışıq ksilol, 75 min ton olefin sıxılmış qaz, 145 min ton kükürd istehsal ediləcək. NEZ mazut və benzin istehsal etməyəcək. Zavodda Azeri Light, Kerkuk və Urals kimi neft sortlarının emalı planlaşdırılır.

Konteyner limanının tikintisinin gedişi

İki ildir davam edən konteyner limanının tikintisinin başa çatdırılmasına çox az qalıb. İnfrastrukturun yaradılması üzrə işlər, demək olar, yekunlaşıb.

Konteyner limanının birinci mərhələsinin tikintisi bu ilin sonuncu rübündə başa çatacaq. Limanın ikinci fazasının tikintisi isə gələn ilin sonunda tamamlanacaq. Layihənin ümumi dəyəri 400 milyon dollardır. Limanın ilkin gücü 1,5 milyon TEU təşkil edəcək, limanın potensialı isə 4 milyon TEU-dur. O, Türkiyənin üçüncü ən böyük limanı, Türkiyənin Egey regionunda isə ilk iri liman olacaq.

Liman Türkiyənin Egey regionunun logistik mərkəzə çevrilməsinə kömək edəcək.

"Petkim" layihələrinin enerji təchizatı

Bu il gücü 51 meqavat olacaq "Petkim" külək elektrik stansiyası layihəsi üzərində işləməyə başlamışıq. Onun gələn ilin ortalarında istismara veriləcəyi gözlənilir. Tikinti başa çatdıqdan sonra "Petkim" kompleksinin elektrik enerjisinə olan tələbatının 12 faizini təmin edəcəyik.

Layihənin dəyəri 55 milyon avrodur. Külək elektrik stansiyasının tikintisi üzrə işlər "Alstom" şirkəti ilə aparılır. Stansiyanın tikintisi strateji layihələrimizi elektrik enerjisi ilə təmin edəcək.

Biz onu xarici kredit hesabına tikməyi planlaşdırırıq. Kredit ən azı 10 il müddətinə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti