Azərbaycan, Bakı, 16 iyul /Trend/
"Çilov" yatağında yeni quyu qazılır.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Çilov" yatağındakı 112 saylı özüldən 114 nömrəli quyuda qazma işlərinə başlanılıb. Layihə dərinliyi 1450 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala-4 Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.