...

Bakı-Novorossiysk kəməri ilə neft ixracı bərpa edildi

Energetika Materials 22 İyul 2015 15:34 (UTC +04:00)
Bu gündən etibarən Bakı-Novorossiysk neft kəmərinin fəaliyyəti bərpa edilib.
Bakı-Novorossiysk kəməri ilə neft ixracı bərpa edildi

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Maksim Tsurkov/

Bu gündən etibarən Bakı-Novorossiysk neft kəmərinin fəaliyyəti bərpa edilib.

Trend-in məlumatına əsasən, bunu jurnalistlərə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, iyun ayında bu boru kəməri ilə neft ixracının dayandırılmasına səbəb Bakı NEZ-də aparılan təmir işləri olub: "Bunun nəticəsində müəyyən həcmdə neft ehtiyatımız yarandı ki, onun da bir hissəsi Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə nəql edildi. Hazırda bütün boru kəmərləri işlək vəziyyətdədir. İstənilən marşrut üzrə istənilən həcmdə neft ixrac edə bilirik. Bu gündən etibarən Bakı-Novorossiysk kəməri ilə neft ixracı bərpa edilib. İl ərzində bu marşrut üzrə 1,5 milyon ton neft ixrac etməyi planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti