...

Pirallahıda yeni quyular qazırlar

Energetika Materials 24 İyul 2015 19:44 (UTC +04:00)
“Pirallahı adası-quru” yatağında yeni quyular qazılır.
Pirallahıda yeni quyular qazırlar

Azərbaycan, Bakı, 24 iyul /Trend/

"Pirallahı adası-quru" yatağında yeni quyular qazılır.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti "Pirallahı adası-quru" yatağındakı 2 yeni quyuda qazma işlərini uğurla davam etdirir. 1183 nömrəli quyunun layihə dərinliyi 795 metr, 1145 nömrəli quyunun layihə dərinliyi isə 950 metrdir.

Qeyd edək ki, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti