...

İran Azərbaycana Fars körfəzi regionuna neft tədarük etməyi təklif etdi (ƏLAVƏ OLUNUB)

Energetika Materials 4 Avqust 2015 13:25 (UTC +04:00)
İran Azərbaycan neftinin Fars körfəzi regionuna "svop" şərtlərlə tədarükünü həyata keçirməyə hazırdır.
İran Azərbaycana Fars körfəzi regionuna neft tədarük etməyi təklif etdi (ƏLAVƏ OLUNUB)

İran, Tehran, 4 avqust /Trend, müxbir Təmkin Cəfərov/

İran Azərbaycan neftinin Fars körfəzi regionuna "svop" şərtlərlə tədarükünü həyata keçirməyə hazırdır. Trend-in xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu barədə Tehranda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşən İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

O bildirib ki, nefti Tehran NEZ-ə İranın Xəzər dənizində yerləşən Neka limanından nəql etmək olar: "Əvəzində Azərbaycan İranın cənub sərhədlərindəki nefti əldə edəcək".

B.N.Zəngənə qeyd edib ki, artıq danışıqlara başlamaq, İrana qarşı tətbiq edilən sanksiyalar ləğv edildikdən sonra isə saziş imzalamaq və işlərə başlamaq olar.

Nazirin sözlərinə görə, İran Xəzərdə neft-qaz sahəsində Azərbaycanla əməkdaşlıq edə bilər: "Biz Xəzərdə əməkdaşlıq üzrə konkret təkliflər irəli sürmüşük və Azərbaycan tərəfindən cavab gözləyirik. Əgər razılaşma əldə edilsə, dövlət başçılarının görüşündə müvafiq sənədi imzalamaq mümkün olacaq".

O, əlavə edib ki, bunu texniki baxımdan etmək çətin olmayacaq: "Şirkətlərimizin neft-qaz sahəsində böyük təcrübəsi var. Azərbaycan hökuməti onları dəstəkləsə və həmin şirkətlərin ölkədə işləməsi üçün şərait yaratsa, şad olardıq. Sizin şirkətlər də İranda işləyə bilər".

B.N.Zəngənə diqqətə çatdırıb ki, İran neft avadanlığının istehsalı sahəsində böyük təcrübəyə malikdir: "İran "Siemens" turbinlərini istehsal edir. Biz neft avadanlığının birgə istehsalı sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırıq. İran neft avadanlığını Azərbaycanda istehsal etməyə hazırdır".

Öz növbəsində, Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və İran neft avadanlığının istehsalı sahəsinə birgə investisiya qoymağa hazırdır: "Azərbaycan və İranın neft şirkətlərinin tələblərini 20 il irəliyə təhlil etməklə neft avadanlığının birgə istehsalına hazırıq".

Nazirin sözlərinə görə, Azərbaycan nefti müxtəlif istiqamətlər üzrə nəql etməyə, həmçinin qarşılıqlı əməkdaşlığa səy göstərir: "Rusiyada boru kəmərimiz var. Digər boru kəməri ilə Gürcüstan və Türkiyəyə tədarük həyata keçiririk. Bizim üçün bir istiqamətdən asılı olmamaq və qarşılıqlı əməkdaşlıq formalaşdırmaq strateji cəhətdən əhəmiyyətli məsələdir. İranla [bu sahədə] əməkdaşlıq etməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti