...

Azərbaycan İrana neft və qaz ixracı üçün infrastrukturunu təklif etdi

Energetika Materials 4 Avqust 2015 14:55 (UTC +04:00)
Azərbaycan İrana neft və qazı dünya bazarlarına ixrac etmək üçün öz infrastrukturunu təklif edib.
Azərbaycan İrana neft və qaz ixracı üçün infrastrukturunu təklif etdi

İran, Tehran, 4 avqust /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan İrana neft və qazı dünya bazarlarına ixrac etmək üçün öz infrastrukturunu təklif edib.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu barədə Tehranda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın neft naziri Bijən Namdar Zəngənə ilə görüşündə deyib.

Nazir bildirib ki, İran öz neftinin ixracı üçün Azərbaycanın infrastrukturundan, xüsusilə də Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadə edə bilər.

Onun sözlərinə görə, İran gələcəkdə Transanadolu qaz kəməri (TANAP) layihəsinə qoşula bilər.

Bundan başqa, Azərbaycan İrana qazın saxlanması və tələbatın artım dövründə ondan istifadə etmək üçün qaz anbarlarından istifadə etməyi təklif edib.

Həmçinin İrana neft-qaz maşınqayırması və neft-qaz avadanlığının birgə istehsalı sahələrində əməkdaşlıq təklif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti